Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib
16 dekabr 2009 19:08 (UTC +04:00)
Bakı – APA. Səbail rayon İcra Hakimiyyəti (RİH) başçısı yanında Şuranın iclası keçirilib. Rayonda aparılan abadlıq və quruculuq işlərinin vəziyyəti, təbii qazdan istifadə zamanı texniki təhlükəsizlik qaydalarına düzgün riayət olunmasının vacibliyi, rayonda inzibati xətalar haqqında işlərə baxılmasının vəziyyəti və s. məsələlər iclasında geniş müzakirə olunub.
Rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, məhəllə komitələrinin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclası giriş sözü ilə açan Səbail RIH-in başçısı Asif Əsgərov son bir neçə ay ərzində rayonda həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda RİH tərəfindən hazırlanmış «Abad həyət» layihəsinin həyata keçirilməsi müvəffəqiyyətlə davam edir.
Toplantıda yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın gördüyü işlər və keçirdikləri tədbirlər barədə məlumat verilib, RİH-ə daxil olan protokolların düzgün tərtibatı və bu sahədə olan çatışmazlıqların aradan qaldırılması yolları barədə müvafiq tapşırıqlar verilib.

Sosial
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib
19:11
6 may 2024
DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər
18:06
6 may 2024
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
16:38
6 may 2024
Magistraturaya qəbul olmaq istəyənlərə şad xəbər: UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb
16:27
6 may 2024