Gələn il Azərbaycanda 60 əmək yarmarkası keçiriləcək
17 dekabr 2009 08:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gələn il Azərbaycanda 60 əmək yarmarkasının keçirilməsi gözlənilir.
APA-nın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.
Onun sözlərinə görə, 2009-cu ildə ölkədə 55 əmək yarmarkası keçirilib. Azərbaycan prezidenti tərəfindən imzalanan “Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı”nda gənc mütəxəssislərin və məzunların işlə təmin olunması istiqamətində addımların atılması nəzərdə tutulur. Bu il bu məqsədlə bir neçə ali məktəbdə əmək yarmarkaları keçirilib.
N.Məmmədov bildirib ki, cari ildə nazirliyin tabeliyində olan Saray və Şağan qəsəbələrində yerləşən internat evlərindən 60-dan artıq uşaq ailələrə verilib, Şahbuz və Bİlgəhdə yerləşən qocalar evlərinin maddi-texniki bazası möhkəmləndirilib: “İlin sonuna qədər Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş 12 bina istifadəyə veriləcək. Hazırda isə nazirlik tərəfindən aztəminatlı ailələr üçün xüsusi reabilitasiya proqramları hazırlanır”.

Sosial
Səfir: "Pakistan İsrail-Fələstin münaqişəsinin "iki dövlət" prinsipi əsasında həllini dəstəkləyir"
00:02
3 may 2024
Norveçli səyyahlar Ağdamda olublar - FOTO - YENİLƏNİB
18:18
2 may 2024
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun olub
17:53
2 may 2024
İkinci Dünya müharibəsi ilə bağlı Sərəncam 3 minə yaxşı şəxsi əhatə edəcək
16:29
2 may 2024