Bank Of Baku

Sumqayıtda 28 obyektin ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti yoxlanılıb

Sumqayıtda 28 obyektin ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti yoxlanılıb
# 17 dekabr 2009 13:29 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov - APA-Economics. Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən son 10 gün ərzində ümumilikdə 28 obyektin ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti yoxlanıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Mərkəz tərəfindən obyektlərin müəyyən hissəsində laborator müayinə üsullarından istifadə etməklə yoxlamalar keçirilib. Eyni zamanda hazırda şəhər ərazisində yerləşən ictimai və yaşayış binalarının zirzəmilərində olan suların qrunt və ya içməli su xəttindən axan sular olmasını aydınlaşdırmaq üçün laborator müayinələr aparılır. Aşkar edilən nöqsanların vaxtında aradan qaldırılması üçün lazımi tapşırıq və təkliflər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR