Bank Of Baku

“Friends of Saray” layihəsinin təqdimatı keçirilib

“Friends of Saray” layihəsinin təqdimatı keçirilib
# 17 dekabr 2009 13:59 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. UNİCEF Saray qəsəbəsində yerləşən əqli və fiziki qüsurlu uşaqlar üçün 7 saylı internat məktəbində “Saray dostları” layihəsinin təqdimatını keçirib. APA məlumatına görə, bu internatda həyata keçirilən proqramlar Almaniyanın Bazar Qrupu (ABQ) ilə birlikdə reallaşdırılır.

Almaniyanın Azərbaycandakı səfirinin xanımı və Almaniya Bazar Qrupunun sədri, xanım Kanta Stankinanın rəhbərliyi altında Sarayda 20 mikro layihə icra olunur. Şağan qəsəbəsində də oxşar proqramların icrasına başlanıb. Görülən işlərin effektivliyini təmin etmək məqsədilə Almaniyada “Saray dostları” layihəsinin Avropa nümayəndəliyi açılacaq. Bu nümayəndəliyin işi əsasən əqli və fiziki qüsurlu uşaqlar üçün nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün Azərbaycana mütəxəssis göndərməkdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Saray proqramlarının icrasını öz üzərinə götürməyə hazır olanadək həmin proqramların reallaşdırılmasını təmin etməkdən ibarət olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR