Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları penitensiar müəssisələrə və polis idarəsinin təcridxanasına baxış keçiriblər

Ombudsman Aparatının əməkdaşları penitensiar müəssisələrə və polis idarəsinin təcridxanasına baxış keçiriblər
# 17 dekabr 2009 15:17 (UTC +04:00)
Bakı-APA. İnsan Hüquqları üzrə Müvəkkilin nümayəndələri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə, 11 saylı Cəzaçəkmə Müəssisəsinə, Şağan qəsəbəsində yerləşən 13 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinə, Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına, həmçinin Daxili İşlər Nazirliyi Əzizbəyov rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlanılma təcridxanasına baxış keçiriblər.

Həmin müəssisələrdə saxlanılan şəxslərlə görüş keçirilib, onlara hüquqları, “Ombudsman haqqında” qanunun müddəaları və Müvəkkilin səlahiyyətləri izah edilib, saxlanma şəraiti, müəssisə əməkdaşlarının onlarla rəftarı araşdırılıb. Həmin şəxslər saxlanma şəraitindən və müəssisənin əməkdaşlarının onlarla rəftarından şikayət etməyiblər.

Araşdırma zamanı 3 saylı İstintaq təcridxanasında istintaq altında olan şəxslərin sıxlığı müşahidə olunub. Müəssisə rəhbəri həmin problemin həllinin yaxın zamanlarda Bakı İstintaq Təcridxanasında yeni korpusların istifadəyə verildikdən sonra aradan qaldırılacağını bildirib.

Digər müəssisələrdə saxlanılan məhkumların bəziləri barələrində çıxarılan məhkəmə qərarlarından şikayət ediblər.

Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR