Bank Of Baku

Azərbaycanın ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüdünün verilməsi üzrə növbəti müsabiqəyə yekun vurulub

Azərbaycanın ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüdünün verilməsi üzrə növbəti müsabiqəyə yekun vurulub
# 17 dekabr 2009 15:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın ali təhsil müəssisələrinin tələbələrinə Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüdünün verilməsi üzrə müsabiqə komissiyasının növbəti iclası keçirilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

İclasda Komissiya tərəfindən 2008-2009-cu tədris ilinin II semestrinin nəticələrinə görə Azərbaycanın ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüdünün verilməsi məqsədilə keçirilmiş müsabiqəyə yekun vurulub. Müsabiqənin II turu çərçivəsində 24, 26 noyabr və 1, 3 dekabr tarixlərində keçirilmiş müsahibələr zamanı ən yüksək nəticələr göstərən 100 tələbə seçilərək ARDNŞ-nin təqaüdünə layiq görülüb. Şirkətin yeni təqaüdçüləri Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı və Azərbaycan Texniki Universitetinin bakalavr pilləsinin 2-ci, 3-cü, 4-cü və magistratura pilləsinin 1-ci, 2-ci kurslarında təhsil alan tələbələrdir.

Qeyd edək ki, hazırkı müsabiqə cari ilin iyun ayında elan olunub. ARDNŞ-nin təqaüdünü almaq üçün 559 iddiaçı tələbə müraciət edib. ARDNŞ-nin yeni təqaüdçülərinin siyahısı saytın www.socar.az/tehsil.html bölməsində verilib. Növbəti müsabiqə 2010-cu ilin fevral ayında elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR