Bank Of Baku

MDB-nin nano texnologiyaları üzrə Beynəlxalq İnnovasiya Mərkəzi təsis edilib

MDB-nin nano texnologiyaları üzrə Beynəlxalq İnnovasiya Mərkəzi təsis edilib
# 17 dekabr 2009 16:19 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. Bakı Dövlət Universiteti MDB-nin nano texnologiyaları üzrə Beynəlxalq İnnovasiya Mərkəzinin təsisçisi olub. APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə sənədləri Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Tacikistanın müvafiq nazirliklərinin, elmlər akademiyalarının, ticarət-sənaye palatalarının, elm və təhsil mərkəzlərinin, yüksək texnologiyalar sahəsində dövlət və özəl şirkətlərin nümayəndələri imzalayıblar. Azərbaycan tərəfdən sənədlərə BDU-nun kafedra müdiri Məmmədəli Ramazanov imza atıb. Məqsəd yeni elmi-innovasion əməkdaşlıq vasitələrinin yaradılması, dünya bazarlarına birgə çıxış, MDB ölkələrində innovasiyaların inkişafında üstünlüyə nail olmaq və bu sahədə birgə fəaliyyətin təşkilidir. 2010-cu ilin MDB ölkələrində Elm və innovasiyalar ili elan olunduğu nəzərə alınsa, bu mərkəzin yaradılması bu sahədə ən önəmli addım olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR