Bank Of Baku

Gədəbəy rayonunda qışa hazırlıqlar başa çatıb

Gədəbəy rayonunda qışa hazırlıqlar başa çatıb
# 18 dekabr 2009 04:45 (UTC +04:00)
Gədəbəy. Ayxan Hüseynov - APA. Gədəbəy rayonunda Yasamal aşırımından başlayaraq rayonun mərkəzinə kimi yolların kənarına qum təpəcikləri tökülüb.

APA-nın Qərb bürosunun məlumatına görə, bu təpəciklər qış aylarında yollarda baş verəcək buzlaşma zamanı yolların buzdan azad olunması üçün istifadə ediləcək.

Gədəbəy rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin APA-ya verdiyi məlumata görə, Gədəbəy rayonu qışa tam hazırdır: “Artıq Gədəbəy rayonunun 10 kəndi və 7 kənd icra nümayəndəliyi mavi yanacaqla təmin edilir. Hazırda rayonun sərhəd kəndlərinə mavi yanacağın verilməsi üçün yeni xətlərin çəkilişi davam etdirilir. Gədəbəyin 109 yaşayış məntəqəsi 24 saat elektrik enerjisi ilə təmin edilir. Həmçinin odun yanacağı ilə isidilən məktəblər və tibb məntəqələrimizin hamısı mütəmadi olaraq odunla təmin edilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR