Bank Of Baku

Sumqayıtda gənc müəllimlərə insan hüquqlarının tədrisi mövzusunda təlim keçilib

Sumqayıtda gənc müəllimlərə insan hüquqlarının tədrisi mövzusunda təlim keçilib
# 17 dekabr 2009 19:05 (UTC +04:00)
Sumqayıt – APA. Sumqayıtda orta ümumtəhsil məktəblərində çalışan gənc müəllimlər üçün insan hüquqlarının tədrisi mövzusunda təlim təşkil edilib.

APA_nın məlumatına görə, təlim Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə şəhər Gənc Müəllimlər Şurası, Gənclər və İdman Baş İdarəsi və Təhsil Şöbəsinin birgə təşəbbüsü ilə həyata keçirilib. 5 gün davam edən bu təlimdə əsasən orta məktəblərdə şagirdlərlə sosial sahədə işləyən şəxslər - psixoloqlar, uşaq birliyi təşkilatlarının rəhbərləri, Konstitusiya hüququ, insan və cəmiyyət dərslərini tədris edən müəllimlərdən ibarət 25 nəfər iştirak edib.

Fəal təlim metodu ilə məktəblərdə şagirdlərə insan hüquqlarının tədrisinin vacibliyi, insan hüquqları anlayışı, diskriminasiya və növləri, ksenofobiya, uşaq hüquqları konvensiyası, insan hüquqlarında meydana gələn münaqişə mövzularını əhatə etməklə yanaşı, məktəblərdə insan hüquqlarının qorunması, himayə edilməsi və tədrisində müəllimlərin rolu haqqında iştirakçılar məlumatlandırılıb.

Təlimdə şagirdlərə insan hüquqlarının tədrisi prosesində təlimçilərə beyin həmləsi, debat, qrup işlərinin aparılması, təqdimat, simulativ oyunların təşkilində tətbiq edilən metodikalar və moderatorluq qabiliyyətləri də öyrədilib. İştirakçılar gələcəkdə məktəblilərə insan hüquqlarının tədris edilməsi mövzusunda təlim proqramlarının və strategiyanın hazırlanması sahəsində fikir mübadiləsi aparıblar.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR