Bank Of Baku

Bakıda “Reprudoktologiyada genetik aspektlər” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO

Bakıda “Reprudoktologiyada genetik aspektlər” mövzusunda elmi-praktik konfrans keçirilib - <font color=red>FOTO</font>
# 18 dekabr 2009 07:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda “Reprudoktologiyada genetik aspektlər” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, “Sağlam ailə” Tibb Mərkəzi və “Birliyə doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan konfransın əsas məqsədi Azərbaycanda da aktual problemlərdən olan sonsuzluğun genetik səbəbləri, hamiləlik zamanı dölün müayinəsi yolları, normal gedişli hamiləlikdə baş verən ağırlaşmaların müzakirəsidir.

Səhiyyə Nazirliyinin baş genetiki Kamilə Dadaşova bildirib ki, Azərbaycan üçün reproduktiv sağlamlıq məsələləri çox vacibdir: “Təsadüfi deyil ki, ilk dəfə olaraq ölkədə reproduktiv sağlamlıq məsələləri beynəlxalq ekspertlərin iştirakı ilə müzakirəyə çıxarılıb”. K. Dadaşova deyib ki, Azərbaycanda irsi qan xəstəlikləri daha çox yaxın qohumlar arasındakı nikahlarla əlaqədardır.

Rusiya Dövlət Tibb Universitetinin urologiya kafedrasının professoru Səfər Həmidov isə hazırda genetik problemləri öyrənmədən reproduktiv sağlamlıqla məşğul olmağın çox təhlükəli olduğunu söyləyib: “Reproduktiv sağlamlıq daha çox ölkənin demoqrafiyasından, sonsuzluq problemlərindən asılıdır. Sonsuzluğun müalicəsində son illər böyük irəliləyişlər əldə edilib. Xüsusilə süni mayalanma çox geniş şəkildə həyata keçirilir. Amma bunun da fəsadları var. Biz normal hamiləlik yaranmadığı hallarda bu insanlara kömək edirik. Amma bu hal müəyyən genetik problemlərin süni şəkildə yayılmasına gətirib çıxara bilər. Ona görə də süni mayalanma ilə məşğul olan tibb mərkəzlərində bu prosesdən əvvəl mütləq genetik analizlər aparılmalıdır. Yəni süni yolla əmələ gələn uşaqların genetik durumu kifayət qədər sağlam olmalıdır”.

S. Həmidov Azərbaycanda reproduktiv sağlamlıq üzrə statistik göstəricilər olmamasından təəssüflənib: “Hazırda bütün dünyada nikahların 25 faizi sonsuzluqla nəticələnir. Rusiyada 8 faizdən 18 faizə qədər sonsuzluq problemi var. Əvvəllər sonsuzluq problemlərini daha çox qadınlarla əlaqələndiridilərsə, hazırda tam əminliklə demək olar ki, bu problemin 50 faizi kişilərdən qaynaqlanır. Bütün statistik göstəricilər onu deməyə əsas verir ki, kişilərin reproduktiv sağlamlığı ildən ilə pisləşir. Ətraf mühit, qida, stress, həyat tərzi kişilərə öz təsirini göstərir. Buna görə də kişilərin reproduktiv sağlamlığını bərpa etmək təkcə həkimlərdən asılı deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR