Bank Of Baku

Azərbaycan ali məktəblərinin beynəlxalq proqramları üzrə magistraturasına və Diplomatik Akademiyanın magistraturasına qəbul imtahanı dekabrın 19-da keçiriləcək

Azərbaycan ali məktəblərinin beynəlxalq proqramları üzrə magistraturasına və Diplomatik Akademiyanın magistraturasına qəbul imtahanı dekabrın 19-da keçiriləcək
# 18 dekabr 2009 08:55 (UTC +04:00)
Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009-cu il dekabrın 19-da ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına qəbul imtahanının birinci mərhələsini keçirir. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən bildirilib. Məlumata görə, bakalavrlar dekabrın 15-dən etibarən öz elektron ərizələrinə daxil olaraq birinci mərhələ üçün "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürürlər. Onlar imtahana şəxsiyyəti təsdiq edən sənədi və “Buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər. Qəbul imtahanı Azərbaycan Beynəlxalq Universitetinin binasında saat 11:00-da başlanır, 2 saat 30 dəqiqə müddətində aparılır.
İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərə riyaziyyat) üzrə 25 test tapşırığı təqdim olunur.

İmtahanın nəticələri TQDK-nın internet səhifəsində yerləşdiriləcəkdir.

Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika (riyaziyyat) üzrə testdən topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılırlar.

Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd verən və qəbul imtahanının birinci mərhələsini keçən namizədlər ikinci mərhələdən azad olunurlar və Azərbaycan Diplomatik Akademiyasının apardığı qəbul proseduralarından keçirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR