Bank Of Baku

Bu il Azərbaycandan 598 əcnəbi deportasiya olunub

Bu il Azərbaycandan 598 əcnəbi deportasiya olunub
# 18 dekabr 2009 09:49 (UTC +04:00)
Y. Ağayevin sözlərinə görə, Azərbaycandan çıxarılmış əcnəbilər arasında Pakistan vətəndaşları üstünlük təşkil edir – 329 nəfər. Deportasiya olunanlardan 80 nəfəri Çin, 20 nəfəri Əfqanıstan, 26 nəfəri İran, 21 nəfəri Türkmənistan, 43 nəfəri Türkiyə, 20 nəfəri Gürcüstan, 20 nəfəri Banqladeş vətəndaşı olub. Digər dövlətlərdən isə müvafiq olaraq 4 və daha az sayda vətəndaş ölkədən çıxarılıb.

«Onlardan 318 nəfər DİN-in müvafiq idarəsi, 135 nəfəri Dövlət Miqrasiya Xidməti, 13 nəfər Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb», - deyə Y.Ağayev vurğulayıb.

Əcnəbilərin yol verdikləri qanun pozuntuları, əsasən onların vizaları, qalma müddətinin pozulması, qeydiyyat üzrə yaşamamaları, eyni zamanda fərdi icazənin olmaması ilə bağlıdır.

Nazirlik nümayəndəsinin sözlərinə görə, Azərbaycandan deportasiya olunan əcnəbilərin sayında əvvəlki illərlə müqayisədə azalma var.

Qeyd edək ki, 2008-ci ildə 970 nəfər Azərbaycandan çıxarılıb.

Y. Ağayev xarici ölkələrdən deportasiya olunanlar barədə də məlumat verib. Nazirlik nümayəndəsinin sözlərinə görə, deportasiyalar, əsasən İsveç, Norveç, ABŞ, Hollandiya və Almaniyadandır: «Bunlar da çox az – cəmi bir neçə nəfərdir. Azərbaycanlıların deportasiya olunmaları əsasən həmin ölkələrin miqrasiya ilə bağlı qanunvericiliklərinə riayət etməmələri, müvafiq icazənin alınmaması, viza alınmaması, qeydiyyat məsələsinin alınmaması və s.-lə bağlıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR