Bank Of Baku

“Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi”nin birinci cildi çapdan çıxıb

“Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi”nin birinci cildi çapdan çıxıb
# 18 dekabr 2009 09:53 (UTC +04:00)
Bakı – APA. Bakıda “Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi” dörd cildliyinin nəşrinə başlanılıb.

APA-nın məlumatına görə, bu seriyadan olan ilk cild bu günlərdə işıq üzü görüb. Regionların İnkişafı İctimai Birliyi tərəfindən nəşr olunan kitabın müəllifləri AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor, millət vəkili Yaqub Mahmudov və tarix elmləri doktoru Kərim Şükürovdur.

“Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi”nin birinci cildi 1639-1828-ci illəri əhatə edir. Bu cilddə Azərbaycan tarixinə birbaşa və ya dolayısı ilə aidiyyəti olan dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR