Bank Of Baku

Azərbaycanda əcnəbi vətəndaşların saxlanması üçün miqrant mərkəzləri inşa olunur

Azərbaycanda əcnəbi vətəndaşların saxlanması üçün miqrant mərkəzləri inşa olunur
# 18 dekabr 2009 10:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən əcnəbi vətəndaşların saxlanması üçün saxlama mərkəzləri inşa olunur. APA-nın bildirdiyinə görə, bu barədə DMX rəisi Arzu Rəhimov məlumat verib.

A. Rəhimovun sözlərinə görə, yaxın vaxtlarda istifadəyə veriləcək bu mərkəzlər araşdırma dövrü ərzində miqrantların saxlanılması üçün nəzərdə tutulur. Miqrant onun barəsində qərar çıxarılan müddətədək bu mərkəzlərdə saxlanılacaq.

Miqrantların nə qədər saxlanıla biləcəyinə gəlincə, xidmət rəisi hazırda bununla bağlı müvafiq təkliflərin hazırlandığını qeyd edərək konkret müddət barədə məlumat verməyib.

A. Rəhimov onu da əlavə edib ki, ilin sonunadək DMX-nin bir sıra bölgədə idarələrinin açılması planlaşdırılır. Hazırda dövlət xidmətinin Yevlax, Şirvan və Lənkəranda regional idarələri var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR