Bank Of Baku

Maştağa qəsəbəsinin problemlərinə həsr olunmuş mətbuat konfransı keçirilib

Maştağa qəsəbəsinin problemlərinə həsr olunmuş mətbuat konfransı keçirilib
# 18 dekabr 2009 10:07 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakı və Bakı kəndlərinin Hüquqlarının Müdafiəsi Komitəsi mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbir Maştağa qəsəbəsinin problemlərinə həsr olunub. Konfransı giriş sözü ilə açan Bakı və Bakı kəndlərinin Hüquqlarının Müdafiəsi Komitəsinin sədr müavini Ələkbər Məmmədov paytaxt kəndlərinin mövcud problemlərindən danışıb. Bu kəndlərin içərisində Nardaran və Maştağa qəsəbələrində vəziyyətin daha da acınacaqlı olduğunu vurğulayan Ə. Məmmədov ölkə başçısının göstərişlərinə yerlərdə əməl olunmadığını qeyd edib.

Daha sonra tədbirdə çıxış edən Maştağa sakini Tahir Poladov kənddə hökm sürən işsizlikdən danışıb. Yüz mindən artıq əhalisi olan Maştağa qəsəbəsində qış mövsümünün başlamasına baxmayaraq işıq və qaz problemlərinin, habelə sayğaclaşma işinin hələ də həll olunmadığını deyən T. Poladov icra orqanlarının bu kimi əməllərinin yerli camaat arasında narazılıq yaratdığını söyləyib: “Qış gəlib, amma kənddə işıq-qaz problemi hələ həll olunmayıb. Təhsil və səhiyyəmiz bərbad vəziyyətdədir. Hər yerdə idmana qayğı olduğu halda Maştağada bu işlər görülmür”. T. Poladov həmçinin qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar Maştağada insanların hüquqlarının pozulduğunu və bu seçkilərin ciddi qanun pozuntuları ilə aparıldığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR