Bank Of Baku

Azərbaycanda qaçqın statusu ilə yaşamaq üçün bu il Dövlət Miqrasiya Xidmətinə 100-dən artıq müraciət olunub

Azərbaycanda qaçqın statusu ilə yaşamaq üçün bu il Dövlət Miqrasiya Xidmətinə 100-dən artıq müraciət olunub
# 18 dekabr 2009 10:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Bu il qaçqın statusu ilə Azərbaycanda yaşamaq üçün Dövlət Miqrasiya Xidmətinə (DMX) 100-dən artıq müraciət olunub. APA-nın bildirdiyinə görə, bu barədə DMX rəisi Arzu Rəhimov məlumat verib.

A. Rəhimovun sözlərinə görə, müraciətlərlə bağlı hər bir halda araşdırmalar aparılır və qərar araşdırmalardan sonra verilir. A. Rəhimov bu il ərzində müraciətlərin əsasən, Pakistan, Əfqanıstan və İran vətəndaşları tərəfindən edildiyini vurğulayıb.

A. Rəhimov bildirib ki, Azərbaycana ən çox miqrant həmsərhəd ölkələrdən – Gürcüstan, Rusiya, İran və Türkiyədən gəlir. Ümumilikdə 130 ölkədən Azərbaycana miqrantlar gələrək qeydiyyata düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR