Bank Of Baku

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi: “Ölkəyə gələn miqrantların sayı artıb”

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi: “Ölkəyə gələn miqrantların sayı artıb”
# 18 dekabr 2009 10:47 (UTC +04:00)
A. Rəhimovun sözlərinə görə, bunun bir neçə səbəbi var: «Birincisi, dünyada davam edən iqtisadi böhran Azərbaycan iqtisadiyyatına təsir göstərməyib. İkincisi, ölkədə aparılan iqtisadi islahatlar onlarda maraq yaradır. Üçüncüsü isə miqrasiya ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi Azərbaycana həm işləmək, həm də yaşamaq üçün gələn əcnəbilərin sayına təsir göstərir».

A. Rəhimov DMX-nin fəaliyyət göstərdiyi 3 il ərzində miqrasiya ilə bağlı bir sıra qanunvericilik aktına əlavə və dəyişikliklərin edildiyini, ölkəyə gələn əcnəbilərin qeydiyyatı üçün cari ilin iyul ayından «bir pəncərə» sisteminin tətbiq olunduğunu vurğulayıb.

Xidmət rəisi bildirib ki, cari ilin yanvar-noyabr aylarında rəhbərlik etdiyi quruma 40 mindən artıq müraciət daxil olub: «Hər bir müraciət fərdi qaydada araşdırılıb və qərar qəbul edilib».

Gürcüstan və digər ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycanın miqrasiya orqanlarında qeydiyyatında yaranan problemlərə aydınlıq gətirən A. Rəhimov deyib ki, həmin şəxslər milliyyətcə azərbaycanlı olsalar da, başqa ölkənin vətəndaşı, yəni əcnəbidirlər. Qanunvericilikdə onlara dair hansısa güzəşt olmadığından həmin şəxslər digər əcnəbilərlə eyni qaydada qeydiyyata alınırlar.

Qeyd edək ki, tədbirdə Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri, həmçinin Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR