Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri: “Gələn il Azərbaycanda bir nəfər də qeyri-leqal əmək miqrantı olmayacaq”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri: “Gələn il Azərbaycanda bir nəfər də qeyri-leqal əmək miqrantı olmayacaq”
# 18 dekabr 2009 10:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın daxili əmək bazarında rəsmi işləyənlərdən ən azı iki dəfə çox qeyri-leqal işləyənin olması ehtimal edilir.

«APA-Economics»in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin miqrasiya şöbəsinin müdiri Rauf Tağıyev bildirib.

«Bu gün deyə bilərik ki, müvafiq qurumların əməkdaşlığı və qanunvericilikdə dəyişikliklər edilməsi ilə bu həddi növbəti ildə minimuma endirəcəyik. Hesab edirəm ki gələn il Azərbaycanda bir nəfər də olsun, qeyri-leqal əmək miqrantı olmayacaq», - deyə R.Tağıyev vurğulayıb.

Nazirlik rəsmisi bildirib ki, qeyri-leqal əməkçi miqrantların Azərbaycanın əmək bazarında iştirakına nəzarət gücləndiriləndən, bununla bağlı mexanizm yaradıldıqdan sonra bu problem aradan qalxacaq. Gələn ildən Azərbaycanda əmək miqrasiyasına kvota tətbiq olunacaq. Bu kvota ayrı-ayrı iqtisadiyyat sahələri üzrə müəyyənləşəcək və hökumətdə təsdiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR