Bank Of Baku

Avropa İttifaqı Azərbaycanda statistika metodlarını təkmilləşdirmək üçün layihə həyata keçirir

Avropa İttifaqı Azərbaycanda statistika metodlarını təkmilləşdirmək üçün layihə həyata keçirir
# 18 dekabr 2009 14:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan Dövlət Statistika Komitəsi, Almaniya Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutunun iştirak etdiyi Avropa İttifaqının (Aİ) "Twinning" proqramı çərçivəsində Azərbaycanda statistikanın təkmilləşdirilməsi dəstəklənəcək. Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan məlumata görə, Aİ-nın maliyyələşdirdiyi "Müşahidə olunan iqtisadiyyat, biznes statistikası və istehsalçı qiyməti indeksi üzrə milli hesabların Avropa standartlarına uyğunlaşdırılması üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək" adlı "Twinning" layihəsi bu ay icra olunmağa başlayıb. Avropa Komissiyasının təxminən 1 milyon manat məbləğində maliyyə vəsaiti ayırdığı 2 illik mühüm təşəbbüs Avropa Qonşuluq Siyasəti və “Şərq tərəfdaşlığı” çərçivəsində icra olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR