Bank Of Baku

Azərbaycanda PR mütəxəssislərə tələbat artır

Azərbaycanda PR mütəxəssislərə tələbat artır
# 18 dekabr 2009 15:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycanda ilk «PR təcrübə məktəbi»nin yaradılması ilə bağlı tədbir keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə «PR təcrübə məktəbi»nin direktoru İlyas Bəkirzadə və digər şirkətlərin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndələri iştirak ediblər.

İ.Bəkirzadənin sözlərinə görə, Azərbaycanda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərə tələbat yüksəkdir. Bu tələbat özünü həm reklam agentliklərində, həm də müxtəlif şirkətlərin PR şöbələri yaratmaq istəyi olan şirkətlərdə göstərir.

İ.Bəkirzadə bildirib ki, «PR təcrübə məktəbi» tərəfindən keçirilən treninqlərdə iştirak edən mütəxəssislərə verilən təcrübə və bilik real fəaliyyətdə tətbiq olunacaq. Həmçinin məktəbi bitirən məzunlara xüsusi sertifikatlar veriləcək. Onlar həmin sertifikatlar vasitəsilə xaricdə ən yaxşı PR agentliklərdə təcrübə keçmək imkanı əldə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR