Bank Of Baku

Azərbaycan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası Türkiyə Dövlət Kadrlar İdarəsi ilə “2010-2011-ci illər üçün Fəaliyyət Proqramı” imzalayacaq

Azərbaycan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası Türkiyə Dövlət Kadrlar İdarəsi ilə “2010-2011-ci illər üçün Fəaliyyət Proqramı” imzalayacaq
# 18 dekabr 2009 21:12 (UTC +04:00)
Bakı – APA. Dekabrın 21-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında “2010-2011-ci illər üçün Fəaliyyət Proqramı”nın imzalanma mərasimi keçiriləcək.

Bu barədə APA-ya Komissiyanın mətbuat katibi Asəf Əliyev məlumat verib.

A.Əliyev bildirib ki, sənədi Türkiyə Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Tekinarslan və Azərbaycan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri Bəhram Xəlilov imzalayacaqlar.

Tədbir saat 12:00-da “Luks” hotelinin (“Azadlıq” Qonaq Evi) konfrans zalında (Xaqani küçəsi 24) keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR