Bank Of Baku

Təhsil Nazirliyində “Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının strateji imkanları” mövzusunda konfrans keçirilib

Təhsil Nazirliyində “Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının strateji imkanları” mövzusunda konfrans keçirilib
# 19 dekabr 2009 08:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu gün Təhsil Nazirliyində “Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (VMA) strateji imkanları” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd valideynlərin məktəblə, müəllimlərlə əlaqələrini daha da yaxşılaşdırmasına yardım etməkdir: “Uzun illər valideynlər məktəblərlə ancaq epizodik hallarda əlaqə saxlayıblar. Təəssüf ki, əksər halda bu təmaslar təhsilin xeyrinə deyil, ziyanına olan nəticələrə gətirib çıxarıb. Bu kimi amillər təkcə təhsilin keyfiyyətinə mənfi təsir göstərmir, eləcə də təhsil sahəsində görülən bütün yaxşı işlərə də kölgə salır. Təhsillə bağlı neqativ söhbətlər haradan qaynaqlanır? Təbii ki, şagirdlərin və onların valideynlərindən. Valideyn-müəllim münasibətlərinin tənzimlənməsi təhsilin keyfiyyətinin təmin edilməsində əsas şərtlərdəndir”.

M. Mərdanov deyib ki, VMA 2002-ci ildə UNİSEF və Təhsil Nazirliyinin “Ümidli gələcək” Gənclər Təşkilatı ilə birgə həyata keçirdikləri proqram çərçivəsində yaradılıb və Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb.

Hazırda 1000-dən çox məktəbdə yaradılmış valideyn-müəllim birlikləri Milli VMA-nın tam hüquqlu üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR