Bank Of Baku

Zəlimxan Yaquba Şəkinin fəxri sakini adı verilib

Zəlimxan Yaquba Şəkinin fəxri sakini adı verilib
# 19 dekabr 2009 08:26 (UTC +04:00)
Şəki. Vüqar Heydərov. APA. Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaquba Şəkinin fəxri sakini adı verilib. Şəki rayon İcra Hakimiyyəti Aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəkidə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun 60 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, xalq şairi Zəlimxan Yaqub, yubilyarın sənət dostları və Şəki ziyalıları iştirak ediblər.

Tədbirdə yubilyarın həyat və yaradıcılığı barədə geniş məlumat verilib. Sonda Z. Yaquba Şəki rayonun fəxri sakini adının verildiyi elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR