Bank Of Baku

Mərkəzləşmiş buraxılış imtahanlarında yeni qaydalar tətbiq ediləcək

Mərkəzləşmiş buraxılış imtahanlarında yeni qaydalar tətbiq ediləcək
# 19 dekabr 2009 10:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Orta məktəblərdə mərkəzləşdirilmiş buraxılış imtahanları ilə bağlı ötən ilki qaydalarda bəzi dəyişikliklər olacaq. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib. Nazir deyib ki, həmin yeniliklər yaxın vaxtlarda Ədliyyə Nazirliyində qeydiyyatdan keçəcək. Onun sözlərinə görə, dərs ilinin sonunda həm IX, həm də XI sinif şagirdləri şəhadətnamə və attestat almaq üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları verəcəklər. Bu barədə dərs ilinin əvvəlində bütün ümumtəhsil məktəblərinə və şagirdlərə elan verilib. Qaydalara əsasən, IX sinif şagirdləri 2, XI sini şagirdləri isə 8 fəndən mərkəzləşdirilmiş qaydada test imtahanı verəcək. Təhsil Nazirliyi tərəfindən keçirilən bu imtahanlarda uğur qazanan şagirdlər təhsil haqqında müvafiq sənəd alacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR