Bank Of Baku

Dəvəçidə qanunsuz quş ovu ilə məşğul olan 11 nəfər saxlanıb

Dəvəçidə qanunsuz quş ovu ilə məşğul olan 11 nəfər saxlanıb
# 19 dekabr 2009 10:57 (UTC +04:00)
Dəvəçi. Könül Abdullayeva – APA. Dekabrın 18-dən 19-na keçən gecə Dəvəçi rayon Polis Şöbəsi (PŞ) əməkdaşlarının apardığı reyd zamanı qanunsuz quş ovu ilə məşğul olan 11 nəfər saxlanıb. Ov zamanı saxlanan şəxslərdən 7 tüfəng, 335 ədəd patron, 24 ovlanmış çöl quşu götürülüb.

Reyd Dəvəçi rayonunun əsas ovçuluq təsərrüfatları olan Hacıqaraqaşlı, Sarvan xanası və Xanlar xanası ərazilərində aparılıb. Bu ərazilərdə isə çöl quşlarının ovlanması qadağan olunub. Dəvəçi rayon Polis Şöbəsinin rəis müavini Məmmədmusa Hüseynovun APA-nın şimal bürosuna verdiyi məlumata görə, araşdırma nəticəsində müsadirə olunan tüfənglərin bir neçəsinin qanunsuz saxlandığın məlum olub. Saxlanan şəxslərin 9-u Dəvəçi, 1-i Bakı və 1-i isə Şamaxı sakinidir. Onların arasında ovçularla yanaşı, təsərrüfatların mühafizəçiləri də var.

Faktla bağlı Dəvəçi rayon PŞ araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR