Bank Of Baku

MBA və TEMPUS proqramları üzrə ali məktəblərin və ADA-nın magistraturasına qəbul imtahanının birinci mərhələsi keçirilib

MBA və TEMPUS proqramları üzrə ali məktəblərin  və ADA-nın magistraturasına qəbul imtahanının birinci mərhələsi keçirilib
# 19 dekabr 2009 12:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Respublika ali məktəblərinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına qəbul imtahanının birinci mərhələsi keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, imtahana sənəd verən 547 bakalavrdan 479-u imtahanda iştirak edib, 68 nəfər isə imtahana gəlməyib. İmtahan normal keçib. İmtahanın nəticələri bu gün axşam saatlarında açıqlanacaq. Qəbul imtahanının ikinci mərhələsinin vaxtı ilə bağlı isə yaxın günlərdə TQDK tərəfindən məlumat veriləcək.

Qeyd edək ki, MBA və TEMPUS proqramları üzrə təqdim olunmuş 273 plan yerinin müsabiqəsində iştirak etmək üçün 424 bakalavr ərizəsini təsdiq etdirib. Onlardan 360 nəfəri MBA, 64 nəfəri isə TEMPUS proqramı üzrə magistraturaya sənəd verib. Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd verənlərin sayı isə 123 nəfərdir.

Birinci mərhələnin nəticələrinə görə, ümumi balı 50-dən az olmayan, o cümlədən məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika (riyaziyyat) üzrə testdən topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılacaqlar.

Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd verən və qəbul imtahanının birinci mərhələsini keçən namizədlər ikinci mərhələdən azad olunurlar və Akademiyasının apardığı qəbul proseduralarından keçirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR