Bank Of Baku

Sumqayıtda məişət tullantılarının daşınması üzrə 2 810 müqavilə imzalanıb

Sumqayıtda məişət tullantılarının daşınması üzrə 2 810 müqavilə imzalanıb
# 21 dekabr 2009 07:17 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-noyabr aylarında Sumqayıt şəhər Təmizlik Departamenti tərəfindən məişət tullantılarının daşınması üzrə 1 690 fiziki, 1 120 hüquqi şəxslə müqavilə imzalanıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Cari ilin ötən dövrü ərzində şəhər və ətraf qəsəbələrdə məişət tullantılarının həcminin artması ilə əlaqədar olaraq 25 xüsusi təyinatlı avtomaşınla 2 növbəli iş rejimi tətbiq edilib.

İcra Hakimiyyətindən bildirildiyinə görə, hazırda şəhərdə məişət tullantılarının toplanması üçün 220 ədəd tullantı qəbulu məntəqəsi mövcuddur ki, həmin məntəqələrdə 1 300 konteyner düzülüb. Sıradan çıxan konteyner tam təmir edilərək istifadəyə yararlı hala gətirilib, ərazilərdən toplanıb daşınan məişət tullantıları isə şəhər poliqonunda zərərsizləşdirilib.

Qeyd edək ki, indiyədək müəssisəyə 5 yeni tipli tullantı daşıyan avtomaşın və 1 ekskvator yükləyici alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR