Bank Of Baku

Yeniyetmələr üçün “Həyat bacarıqları” proqramının təqdimat mərasimi keçirilib

Yeniyetmələr üçün “Həyat bacarıqları” proqramının təqdimat mərasimi keçirilib
# 21 dekabr 2009 08:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeniyetmələr üçün “Həyat bacarıqları” proqramının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbir Uşaqların Xilası Təşkilatı (Save the Children), “Ümidli gələcək” təşkilatı tərəfindən təşkil olunub. Uşaqların Xilası Təşkilatının Azərbaycan üzrə direktoru Corc Ciakomini bildirib ki, proqramın həyata keçirilməsində Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfdaş kimi çıxış edir, Avropa Birliyi və “Statoil” şirkəti isə proqramın həyata keçirilməsinə dəstək verirlər. O, internatlardan buraxılan uşaqların gələcəkdə işlə təmin olunması üçün özəl sektoru canlandırmağın vacib məsələ olduğunu bildirib. Onun sözlərinə görə, proqramın məqsədi yerli QHT-lərlə əlaqələr vasitəsi ilə diqqət və qayğıdan kənar qalmış gənclərin ehtiyaclarına xidmət etməkdən ibarətdir. Proqram Azərbaycanın 5 rayonunda 14-17 yaş arası olan 3 min gənci əhatə edəcək.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobra tədbirdə çıxış edərək cəmiyyətdə olan sosial bərabərsizliyi aradan qaldırmağa çalışdıqlarını deyib. Onun sözlərinə görə, həyati cəmiyyətin inkişafı çətin bir prosesdir, amma bu istiqamətdə davamlı olaraq addımlar atılır.

Tədbirdə Yeniyetmələr üçün Həyat bacarıqları proqramının rəhbəri Bahar Arabova, Ümidli Gələcək təşkilatının prezidenti Nabil Seyidov və digərləri çıxış edərək proqramla bağlı məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR