Bank Of Baku

Hidrometeoroloqlar Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıblar

Hidrometeoroloqlar Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıblar
# 21 dekabr 2009 08:59 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 10-13 dərəcə, axşam 6-8 dərəcə isti olacaq.

Dekabrın 22-də havanın dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 8-10 dərəcə isti olacaq.

Dekabrın 23-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və axşam yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq, şərq küləyi ilə əvəz olunacaq. Gecə 3-5, gündüz 5-7 dərəcə isti gözlənilir.

Dekabrın 24-də hava buludlu olacaq, arabir açılacaq. Hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-7 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 22-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, lakin axşam bəzi şimal və qərb rayonlarında ağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

Dekabrın 23-24-də bəzi yerlərdə yağıntı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

Hidrometeoroloji Proqnozlar Bürosu gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq da yayıb. Xəbərdarlıq bildirilir ki, dekabrın 22-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, 23-24-də isə hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Temperatur ötən günlərə nisbətən 4-7 dərəcə düşəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 22-də Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sonrakı 2 gündə meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR