Bank Of Baku

BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Komitəsinə təqdim etdiyi son hesabatla bağlı dəyirmi masa keçirilib

BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Komitəsinə təqdim etdiyi son hesabatla bağlı dəyirmi masa keçirilib
# 21 dekabr 2009 09:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Komitəsinə təqdim etdiyi son hesabat və Komitənin yekun tövsiyələrinin ictimaiyyətə çatdırılması üçün dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, bu ilin iyulunda BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Komitəsinin 44-cü sessiyası çərçivəsində Azərbaycanın BMT-nin qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi Konvensiyasının həyata keçirilməsi üzrə dördüncü dövri hesabatı təqdim edilib. S. Qəhrəmanovanın sözlərinə görə, Azərbaycanda gender bərabərliyinin qorunması istiqamətində həmişə işlər aparılıb. Lakin bu istiqamətdə sistemli tədbirlər Azərbaycan müstəqilliyini qazandıqdan sonra görülüb. Ölkədə əvvəlcə Qadın Problemləri üzrə Dövlət Komitəsi, daha sonra isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb: “İldən ilə qadınların idarəetmə orqanlarında iştirakı artır. Ötən bələdiyyə seçkilərində namizədlərin cəmi 5 faizi qadınlar idi. Bu bələdiyyə seçkilərində isə qadınlar ümumi namizədlərin 19,5 faizini təşkil edir”.

Ombudsman Elmira Süleymanova isə bildirib ki, qadınlara qarşı ayrı seçkiliyinin aradan qaldırılmasının əsas şərti yoxsulluğun aradan qaldırılmasıdır: “Azərbaycan isə bu istiqamətdə son illər böyük uğurlar əldə edib. Azərbaycanda yoxsulluğun səviyyəsi cəmi 13 faiz təşkil edir”. Ombudsman bildirib ki, ölkədə ildən-ilə yeni iş yerlərinin sayı artsa da, hələ də erkən nikahların sayı azalmayıb: “Erkən nikahların sayı artmaqla bərabər, yetkinlik yaşına çatmayanların cinsi əlaqəyə vadar edilməsi halları da artıb və təəssüf ki, bununla bağlı hələ indiyə qədər cəzalandırılan olmayıb. Təsəvvür edin ki, müəllim 14 yaşında şagirdini alır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR