Bank Of Baku

Dövlət qulluğu ilə bağlı növbəti müsabiqə yanvarın ortalarında elan ediləcək

Dövlət qulluğu ilə bağlı növbəti müsabiqə yanvarın ortalarında elan ediləcək
# 21 dekabr 2009 10:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dövlət qulluğu ilə bağlı növbəti müsabiqə yanvarın ortalarında elan ediləcək. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib. Onun sözlərinə görə, müsabiqə yeni müəyyən olunmuş qaydalarla aparılacaq. Qaydalar barədə ətraflı məlumat müsabiqə elan edildikdən sonra veriləcək.

Qeyd edək ki, indiyədək dövlət qulluğuna qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirib. Yeni qaydalara əsasən isə, dövlət qulluğuna qəbul imtahanları Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR