Bank Of Baku

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ixtisasartırmaya ehtiyacı olan dövlət qulluqçularının sayı müəyyən olunur

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ixtisasartırmaya ehtiyacı olan dövlət qulluqçularının sayı müəyyən olunur
# 21 dekabr 2009 11:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ixtisasartırmaya ehtiyacı olan dövlət qulluqçularının sayı müəyyən olunur. APA-nın məlumatına görə, bu barədə komissiya sədri Bəhram Xəlilov bildirib. Onun sözlərinə görə, komissiya bütün dövlət orqanlarına ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı müraciət edib. Hazırda dövlət qulluqçularının ixtisas artırması üçün sifarişlər hazırlanır. Hər bir dövlət orqanı neçə dövlət qulluqçusunun və hansı mövzuda ixtisasartırmaya ehtiyacı olduğu barədə Komissiyaya məlumatlar təqdim edir. Komissiya sədri dövlət qulluqçularının etik davranışları ilə bağlı məlumatların toplandığını da deyib: “Hazırda bütün dövlət orqanlarından 3-4-cü rüblərə dair məlumatlar komissiyaya daxil olur. Ümumiləşdirmə aparılandan sonra məlumatlar Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya təqdim ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR