Bank Of Baku

2010-cu ilin ilk altı ayı ərzində Azərbaycanda pensiya təyinatı aparılmayacaq

2010-cu ilin ilk altı ayı ərzində Azərbaycanda pensiya təyinatı aparılmayacaq
# 21 dekabr 2009 12:19 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda 2010-cu ilin ilk altı ayı ərzində pensiyaların təyin olunması prosesi avtomatlaşdırılmış sistemə keçiriləcək.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

S.Müslümovun sözlərinə görə, gələn ilin ilk altı ayı ərzində pensiyaya çıxma yaşının artırılması ilə bağlı olaraq pensiya təyinatı aparılmayacaq: “Gələn ilin ilk altı ayında pensiya yaşına çatan insanlar iyuldan başlayaraq pensiya təminatlarını alacaqlar. Bizdə qeydiyyatda olan 1,7 milyon insanın çalışdığı müəssisələrdən əmək fəaliyyətləri haqda məlumatlar əldə ediləcək, o məbləğ 170-ə vurularaq indeksləşdirilərək fondda olan fərdi hesablarına yazılacaq və bu məbləğə 2006, 2007, 2008 və 2009-cu illərdə toplanmış sosial sığorta haqları əlavə olunacaq”.

Bu proses bitəndən sonra məlumatlar DSMF-nin rəsmi internet səhifəsində yerləşdiriləcək və əhali gələcək pensiyasının məbləğini öyrənmək üçün sosial sığorta şəhadətnaməsinin nömrəsini daxil edərək bütün maraqlandıran məlumatları ala biləcək.

“Biz indeksasiyanı bu ilin sonunda Dövlət Statistika Komitəsinin elan edəcəyi inflyasiya səviyyəsinə uyğun olaraq yanvar ayında aparacağıq. Bu il payızın sonunda əldə edilən məlumatlara əsaslanaraq deyə bilərəm ki, ilin sonuna 2%-ə yaxın inflyasiya gözlənilə bilər. Bu o qədər də böyük rəqəm deyil və biz bu prosesi həyata keçirə biləcəyik”, - deyə S.Müslümov qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR