Bank Of Baku

Gələn ildən pensiyaçılar pensiya kartlarını birbaşa banklardan alacaqlar

Gələn ildən pensiyaçılar pensiya kartlarını birbaşa banklardan alacaqlar
# 21 dekabr 2009 12:27 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu yerli banklara müqavilələrin dəyişdirilməsi ilə bağlı müraciət edib.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

S.Müslümovun sözlərinə görə, bu günə qədər pensiya müavinətləri üzrə plastik kartlar banklara sifariş olunub, sonra DSMF-nin şöbələrinə təhvil verilib, oradan da pensiyaçılara paylanıb: “Bizim şöbələr bu prosesdə ehtiyac duyulmayan bir vasitəçi rolunu oynayıb. Biz artıq banklarla razılıq əldə etmişik ki, bu prosesi bank şöbələri həyata keçirsin. Plastik kartın sahibi pensiyaçıdır, plastik kartı hazırlayan bankdır və bank onu bilavasitə sahibinə təqdim edəcək, lazım olduğu halda bu xidmətlər üçün biz əlavə haqq ödəməyə hazırıq və bu proses artıq gələn ildən etibarən başlayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR