Bank Of Baku

Azərbaycanın dövlət büdcəsində ehtiyat pensiya məbləği yaradılacaq

Azərbaycanın dövlət büdcəsində ehtiyat pensiya məbləği yaradılacaq
# 21 dekabr 2009 12:46 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu gələn ildən etibarən Dünya Bankı ilə yeni kredit layihəsini reallaşdırmağa başlayacaq.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, kredit layihəsi 2009-cu ildə imzalanıb və növbəti ildə aktual hesablamaların sürətlə aparılıb yekunlaşdırılması, gələcək inkişaf modellərinin ortaya qoyulması nəzərdə tutulur.

“Gələn il həyata keçirilməsi planlaşdırılan məsələlərdən biri fondun büdcəsində bir aylıq pensiya təminatı məbləği qədər ehtiyatın yaradılmasıdır ki, hər hansı ekstremal hal baş verdikdə, pensiyaların gecikdirilməsinə yol verilməsin”, - deyə S. Müslümov qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR