Bank Of Baku

Şəki rayonunun Kiçik Dəhnə kəndinin ərazisində arxeoloqlar tərəfindən tapılan e. ə. XVI-XIII əsrlərə aid kurqanlar dağıdılıb

Şəki rayonunun Kiçik Dəhnə kəndinin ərazisində arxeoloqlar tərəfindən tapılan e. ə. XVI-XIII əsrlərə aid kurqanlar dağıdılıb
# 21 dekabr 2009 13:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2006-cı ildə Şəki rayonunun Kiçik Dəhnə kəndinin ərazisində tapılan e. ə. XVI-XIII əsrlərə aid kurqanlar dağıdılıb. Bu barədə APA-ya Şəki, Qax, Oğuz arxeoloji ekspedisiyasının rəhbəri Nəsib Muxtarov bildirib. Onun sözlərinə görə, Kiçik Dəhnə kəndində, Hacınohur gölündən şimalda, Dağdağanlı dərə deyilən ərazidə tapılmış kurqanlar elə həmin il qeydiyyata alınıb. İnstitut əməkdaşları kurqanların vəziyyəti ilə bağlı araşdırma aparmaq üçün əraziyə baş çəkərkən ərazinin şumlanmasının şahidi olub: “Bu ərazidə 50-dək kurqan var idi. Onlardan 10-u tamamilə dağıdılıb. Qalan kurqanlar da əhəmiyyətli dərəcədə zədələnib. Yalnız cəmi 3 kurqan salamat qalıb”. N. Muxtarovun sözlərinə görə, sözügedən ərazi bələdiyyə torpaqları hesab olunur, ərazinin bir hissəsi isə kənd camaatına paylanıb: “Əgər hər hansı bir ərazidə tarixi abidə aşkarlanıbvə qeydə alınıbsa, həmin abidələr yerli icra qurumları tərəfindən qorunmalıdır. Lakin bu kurqanların qorunması ilə bağlı heç bir addım atılmayıb”. Ekspedisiya rəhbəri deyib ki, qalan kurqanların qorunması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR