Bank Of Baku

Azərbaycanda dövlət qulluqçularının etik davranış qaydalarına həsr olunmuş seminar keçirilib

Azərbaycanda dövlət qulluqçularının etik davranış qaydalarına həsr olunmuş seminar keçirilib
# 21 dekabr 2009 14:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin işçiləri üçün dövlət qulluqçularının etik davranış qaydalarına həsr olunmuş seminar keçirilib. Bu barədə «APA-Economics»ə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Seminarın keçirilməsində əsas məqsəd komitə əməkdaşları olan dövlət qulluqçularının bu sahədə olan mövcud qanunvericiliyin tələbləri əsasında fəaliyyətlərinin daha da təkmilləşdirilməsi olub. Seminar iştirakçıları dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktlarla tanış olub. Bu sənədlərin konkret müddəaları izah edilib.

Seminarda komitə işçilərinin xidməti vəzifələrinin yerinə yetirilməsində dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət qulluqçularının xidməti davranışı, habelə fəaliyyətlərində səmərəliliyin və şəffaflığın artırılması ilə bağlı məlumatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR