Bank Of Baku

Sumqayıtda ət satışı obyektlərində reydlər keçirilir

Sumqayıtda ət satışı obyektlərində reydlər keçirilir
# 22 dekabr 2009 07:14 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Sumqayıt şəhər Baytarlıq İdarəsi şəhər daxilində fəaliyyət göstərən ət satışı obyektlərində reydlər keçirir. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, hər gün baytarlıq sahəsində çalışan 4 nəfər həkim şəhərdaxili müxtəlif ət satışı nöqtələrində reydlər keçirərək yoxlama işləri aparır. Antisanitar şəraitdə fəaliyyət göstərən ət kəsiminin qarşısı alınır. Həmçinin idarə tərəfindən şəhər ərazisində fəaliyyət göstərən fərdi və fermer təsərrüfatlarında profilaktiki peyvəndləmə, seroloji müayinə işləri həyata keçirilir.

Qeyd edək ki, cari il ərzində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən iri buynuzlu heyvanlardan 692, xırda buynuzlu heyvanlardan 281, quşlardan 1873, balıqlardan 260, süd və süd məhsullarından 563 nümunə götürülərək laborator müayinəyə cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR