Bank Of Baku

Cənubi Qafqazın ən hündür nöqtəsində yaradılmış Kompleks Hidrometeoroloji və Ekoloji Elm Mərkəzinin açılışı olub

Cənubi Qafqazın ən hündür nöqtəsində yaradılmış Kompleks Hidrometeoroloji və Ekoloji Elm Mərkəzinin açılışı olub
# 22 dekabr 2009 07:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan prezidenti İlham Əliyevin “Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin kompleks hidrometeoroloji və ekoloji tədqiqatı ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən Böyük Qafqaz dağlarının şimal-şərq yamacında yaradılmış Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, açılış mərasimində nazir Hüseyn Bağırov da iştirak edib.
Biomüxtəliflik, geoloji tədqiqatlar, hidrometeoroloji və ətraf mühitin monitorinqi sahələrini əhatə edən mərkəzin yaradılmasında əsas məqsəd yüksək dağlıq ərazilərin bir ekosistem kimi kompleks öyrənilməsi və həmin ərazilərin meteoroloji, hidroloji rejiminin, xüsusilə də qar örtüyünün, buzlaqların tədqiqi, iqlim dəyişmələri, onun ətraf mühitə, biomüxtəlifliyə təsirinin öyrənilməsidir. Elm Mərkəzinin fəaliyyət göstərməsi üçün 3000 metrə yaxın yüksəklikdə müvafiq inzibati binalar tikilib, çətin və mürəkkəb iqlim şəraitində olduqca əhəmiyyətli tədqiqat işlərinin aparılması məqsədilə işçilər üçün müvafiq infrastruktur yaradılıb.
Elm Mərkəzində, eləcə də mərkəzdən aralı müxtəlif hündürlüklərdə - Şahdüzü (3000 m) və Kabaş (3500 m) dağ silsilələrində, ən mürəkkəb meteoroloji şəraitdə (güclü külək, aşağı temperatur, qalın qar örtüyü və s.) fasiləsiz fəaliyyət göstərməyə, məlumatları operativ olaraq Milli Hidrometeorologiya Departamentinə ötürməyə imkan verən, dünyanın ən aparıcı texnologiyalarından olan Finlandiyanın “Vaysala” firmasının istehsal etdiyi avtomatlaşdırılmış meteoroloji stansiyalar quraşdırılıb. Tufandağ (4200 m) və Şahdağ (4280 m) zirvələrində isə bu işlər davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR