Bank Of Baku

İçərişəhərdə Yeni il münasibəti ilə tədbirlər keçiriləcək

İçərişəhərdə Yeni il münasibəti ilə tədbirlər keçiriləcək
# 22 dekabr 2009 08:02 (UTC +04:00)
Bakı-APA. Yeni ilin gəlişi münasibəti ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində bayram tədbirləri keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Məlumata görə, bayram ab-havasının yaradılması üçün müvafiq hazırlıq işləri görülür. İçərişəhərin əsas meydanlarında dekorasiya işləri başa çatmaq üzrədir. Qız Qalasının ətrafındakı ərazidə təbii şam ağacları əkilib. Eyni zamanda Qoşa Qala Qapıları Meydanında da ənənəvi bayram atributlarından istifadə olunmaqla müvafiq işlər həyata keçirilməkdədir.
Bununla yanaşı, Qoruq İdarəsinin təşəbbüsü ilə bayram günlərində Şirvanşahlar Sarayında uşaqlar üçün Yeni il şənliyinin keçirilməsi də nəzərdə tutulur. Şah Sarayında təşkil olunacaq şənlikdə uşaqları qış bayramı mövzusunda maraqlı interaktiv tamaşalar, habelə Yeni il hədiyyələri, müsabiqə və viktorinalar gözləyir. Qeyd olunub ki, tamaşalardan biri İçərişəhərin sakinlərinin 3 – 12 yaşlı uşaqları üçün təmənnasız olaraq təşkil ediləcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib ki, Şirvanşahlar Sarayında uşaqlar üçün Yeni il şənliyinin təşkili barədə təşəbbüsün məqsədi həm də İçərişəhər abidələrinə diqqəti artırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR