Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən müsahibə başa çatıb

Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən müsahibə başa çatıb
# 22 dekabr 2009 08:49 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirdiyi müsahibə başa çatıb. Bu barədə APA-ya komissiyasının mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qeydiyyatdan keçmiş 194 namizəddən 5-i müsahibədə iştirak etməyib. Müsahibədə iştirak edən 189 namizəddən 25-i qadın olmaqla 94-ü müsahibəni uğurla başa vurub və müvafiq vəzifələrə təyin olunmaq üçün dövlət orqanlarının rəhbərlərinə təqdim ediliblər.

Müsahibənin yekununa görə aşağıdakı nəticələr əldə edilib:

1) Müsahibəyə ən çox vakant vəzifə çıxaran dövlət qurumu - Əmlak Məsələləri Dövlət Komitəsi (227 vakant dövlət qulluğu vəzifəsindən 38-i (16.74%));
2) Ən çox namizədin qeydə alındığı dövlət orqanı - İqtisadi inkişaf Nazirliyi (ümumilikdə qeydə alınan 194 namizəddən 56-sı (28.87%));
3) Heç bir namizədin qeydə alınmadığı dövlət orqanları - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Naftalan Şəhər Məhkəməsi, Xızı Rayon Məhkəməsi;
4) Ən çox namizədin uğur əldə etdiyi dövlət orqanı – İqtisadi inkişaf Nazirliyi (Nazirlik üzrə qeydiyyatdan keçmiş 56 namizəddən 35-i (62.50%));
5) Heç bir namizədin keçmədiyi dövlət orqanları – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (7 namizəd), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (1 namizəd) və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (1 namizəd).

Qeyd edək ki, oktyabrın 23-də elan edilmiş müsahibəyə 25 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 224, 31 oktyabr tarixdə elan edilmiş müsahibəyə isə 3 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 3 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR