Bank Of Baku

Dillər Universitetində tələbələrin pedaqoji təcrübələrinin başa çatması ilə bağlı konfrans keçirilib

Dillər Universitetində tələbələrin pedaqoji təcrübələrinin başa çatması ilə bağlı konfrans keçirilib
# 23 dekabr 2009 01:42 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dillər Universitetində (ADU) Filologiya, 1 və 2 №-li İngilis dili fakültələrində, axşam və qiyabi şöbələrində təhsil alan tələbələrin pedaqoji təcrübələrinin başa çatması ilə bağlı konfrans keçirilib.

ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov pedaqoji təcrübənin tələbələrin gələcək fəaliyyətindəki əhəmiyyətindən söz açıb.

Konfransın gedişində pedaqoji təcrübənin metodistlərinin hesabatları dinlənilib və müzakirələr aparılıb. Daha sonra tələbələr təcrübənin təəssüratlarını əks etdirən slayd-şoular nümayiş etdiriblər.

Qeyd edək ki, 18 noyabr-22 dekabr aralığında keçirilən təcrübədə 292 tələbə, 15 pedaqoq və 11 psixoloq iştirak edib. Pedaqoji təcrübə Bakı şəhərində yerləşən 21 məktəbdə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR