Bank Of Baku

Azərbaycan Dillər Universiteti ilə Koreyanın Soongsil Universiteti arasında müqavilə imzalanıb

Azərbaycan Dillər Universiteti ilə Koreyanın Soongsil Universiteti arasında müqavilə imzalanıb
# 22 dekabr 2009 19:11 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Koreyanın Soongsil Universiteti ilə akademik və təhsil əməkdaşlığı haqqında müqavilə imzalanıb.
ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, beş illik qarşılıqlı əməkdaşlığı nəzərdə tutan müqaviləyə əsasən fakültələrarası mübadilə, elmi tədqiqatçılar və inzibati səviyyədə əlaqələrin qurulması, tələbə mübadiləsi, qarşılıqlı dərəcə (bakalavr və magistr) proqramları, həmçinin birgə elmi simpozium və müzakirələrin təşkili nəzərdə tutulur.
Müqaviləni ADU adından universitetin rektoru, professor Səməd Seyidov və Koreyanın Soongsil Universiteti adından rektor, professor Dae Keun Kim imzalayıblar.
Qeyd edək ki , artıq bu əməkdaşlıq çərçivəsində Soongsil Universitetinin tələbəsi Chung Eun Ah 2010-cu ilin yaz semestrini təhsilini ADU-nun Fransız dili fakültəsində davam etdirəcək. Növbəti tədris ilində isə ADU-nun iki tələbəsinin adıçəkilən universitetdə təhsillərini davam etdirmək məqsədilə Koreyaya göndərilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ADU-da uzun müddətdir Koreya dili tədris olunur və Koreya dili Mərkəzi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR