Bank Of Baku

Qax rayonunda Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış binası istifadəyə verilib

Qax rayonunda Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış binası istifadəyə verilib
# 22 dekabr 2009 23:36 (UTC +04:00)
Qax. Vüqar Heydərov - APA. Qax rayonunda Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış binası istifadəyə verilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon İcra Hakimiyyəti aparatından məlumat verilib.

İnşasına 2008-ci ilin sonunda başlanılan iki mərtəbəli 16 mənzilli yaşayış binası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti hesabına tikilib. 16 mənzilin hər biri ƏƏSM-in maliyyə vəsaiti hesabına mətbəx avadanlığı ilə təchiz edilib.

Qax rayon İcra Hakimiyyətinin başçısı Telman Quliyevin və ƏƏSMN-in əməkdaşı Saday Abdullayevin iştirakı ilə Qarabağ əlilləri və Şəhid ailələri üçün inşa edilən yaşayış binasının açılış mərasimi keçirilib. Yeni mənzil alan Qarabağ əlilləri və şəhid ailələri göstərilən qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR