Bank Of Baku

Bu il Sumqayıt şəhərində 88 liftdə cari təmir işləri aparılıb

Bu il Sumqayıt şəhərində 88 liftdə cari təmir işləri aparılıb
# 23 dekabr 2009 03:53 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-noyabr aylarında Sumqayıt şəhərində 88 liftdə cari təmir işləri aparılıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Hesabat dövründə Sumqayıt şəhər «Lift-Servis» Birliyi tərəfindən yaşayış binalarından 565 ədəd, səhiyyə ocaqlarında isə 14 ədəd liftə texniki qulluq göstərilib, 3 ədəd yeni lift quraşdırılaraq sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, ümumilikdə Sumqayıtda mövcud olan 586 liftdən 562-si istismardadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR