Bank Of Baku

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Məktəblərdə ədəbi-bədii hissədən kənar yeni il şənliklərinin keçirilməsinə icazə verən direktorlar ciddi cəzalandırılacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Məktəblərdə ədəbi-bədii hissədən kənar yeni il şənliklərinin keçirilməsinə icazə verən direktorlar ciddi cəzalandırılacaq
# 23 dekabr 2009 09:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxtın ümumtəhsil məktəblərində yeni il şənliklərinin keçirilməməsi ilə bağlı qadağanı qüvvədə saxlayıb. Bu barədə APA-ya BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, idarənin 8 noyabr 2008-ci ildə verdiyi əmr bu il də icra olunmalıdır: “Məktəblərdə bayram şənlikləri yalnız ədəbi-bədii hissədən ibarət ola bilər. Təhsil müəssisələrində yeyib-içmək məclislərinə isə qadağa qoyulub. Əgər valideynlər istəyirlərsə, belə şənlikləri məktəbdən kənarda keçirə bilərlər. Ancaq bu zaman baş verən hər hansı hadisəyə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsuliyyət daşımır. Bu qadağanı pozan direktorlar ciddi cəzalandırılacaq”.

Z. Əliqızı xatırladıb ki, sözügedən qadağa məktəblərdən birində ibtidai sinif şagirdinin ad günündə sinfə vaxtı keçmiş şirniyyat gətirməsi və nəticədə şagirdlərin zəhərlənməsindən sonra tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR