Bank Of Baku

“Donuz qripi”nə qarşı 5 mln. vaksin dövriyyədən çıxarılır

“Donuz qripi”nə qarşı 5 mln. vaksin dövriyyədən çıxarılır
# 23 dekabr 2009 10:27 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ-ın “MedImmune” şirkəti A (H1N1) qripinə (“donuz qripi”nə) qarşı buraxdığı 5 mln. vaksini dövriyyədən çəkmək qərarına gəlib.

APA-Economics”in məlumatına görə, “AstraZeneca” Britaniya-İsveç birgə şirkətinin bölməsi olan “MedImmune” qərarını burun üçün spreylərin öz müdafiə xüsusiyyətlərini tez itirməsi ilə əsaslandırıb: “Məhz bu səbəbdən vaksinlərin böyük əksəriyyəti effektsiz olub”.

Şirkət nümayəndələri onu da əlavə ediblər ki, preparatın müdafiə xüsusiyyətlərini itirməsinə tez-tez rast gəlinir.

Qeyd edək ki, “MedImmune” şirkətinin A (H1N1) qripinə qarşı vaksinləri ABŞ-da bu ilin oktyabrında satışa çıxarılıb. İki ay ərzində müxtəlif əczaçılıq şirkətləri tərəfindən ölkə ərazisində 111 mln. vaksin satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR