Bank Of Baku

Azərbaycan prezidenti 2010-cu il üçün yaşayış minimumu haqqında qanunu təsdiqləyib

Azərbaycan prezidenti 2010-cu il üçün yaşayış minimumu haqqında qanunu təsdiqləyib
# 23 dekabr 2009 11:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Prezident İlham Əliyev «Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında» qanunun qüvvəyə minməsi haqqında sərəncam imzalayıb. Bu barədə «APA-Economics»ə prezidentin mətbuat xidmətindən məlumat verilib.

Sərəncamla Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında» qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırmaq tapşırılıb.

Qeyd edək ki, Azərbaycanda 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR