Bank Of Baku

Qazax Müalicə-Diaqnostika Mərkəzində açıq ürək əməliyyatları keçirilir

Qazax Müalicə-Diaqnostika Mərkəzində açıq ürək əməliyyatları keçirilir
# 23 dekabr 2009 21:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. ARDNŞ Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) yüksək ixtisaslı həkimlərindən ibarət tibbi briqadası Naxçıvan Müalicə-Diaqnostika Mərkəzində (MDM) çalışan həmkarları ilə birlikdə Qazax MDM-də açıq ürək əməliyyatlarının icrasına start verib.

ARDNŞ Sosial İnkişaf İdarəsindən APA-ya daxil olan məlumata görə, 2009-cu ilin “Azərbaycanda uşaq ili” çərçivəsində keçiriləcək əməliyyatlar iki gün davam edəcək və 5 bölgəni əhatə edəcək: “Əməliyyat olunacaq şəxslərdən 4-ü uşaqdır. Bu xəstələr arasında anadangəlmə ürək qüsurundan əziyyət çəkən 3 uşaq Heydər Əliyev Fondu tərəfindən göndərilib”.

Bundan bir qədər əvvəl isə ARDNŞ rəhbərliyinin təşəbbüsü ilə MNX-nın ürək-damar cərrahiyyəsi şöbəsinin əməkdaşları 1 həftə ərzində Naxçıvan Muxtar Respublikasına ezam olunaraq, orada 22 nəfər üzərində açıq ürək əməliyyatı həyata keçiriblər.

Sözügedən şöbənin müdiri, tibb elmləri namizədi Rəşad Mahmudovun rəhbərliyi ilə gerçəkləşdirilən bu əməliyyatların hamısı uğurla nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR