Bank Of Baku

Azərbaycan ərazisində buludlu hava şəraiti üstünlük təşkil edəcək

Azərbaycan ərazisində buludlu hava şəraiti üstünlük təşkil edəcək
# 24 dekabr 2009 08:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakıda və Abşeron yarımadasında dekabrın 24-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Günün birinci yarısında yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 8-10 dərəcə isti, axşam 5-7 dərəcə isti olacaq.

Dekabrın 25-də havanın buludlu, gecə bəzi yerlərdə çiskinli olacağı, gündüz arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 9-11 dərəcə isti olacaq.

Dekabrın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman qeydə alınacaq, cənub küləyi əsəcək. Gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Dekabrın 27-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 9-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 25-də havanın, əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanlı, şərq rayonlarında isə çiskinli, yağıntılı keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6 dərəcə, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.

Dekabrın 26-27-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, dağlarda arabir güclənəcək. Havanın temperaturu gecə 3-6 dərəcə, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR